Çoxarvadlı kişini öz arvadı ifşa etdi

Çinin Tszyansu əyalətinin Kunşan şəhərində bir-birindən gizlətdikləri çoarvadlı kişini arvadları ifşa ediblər.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, daşınmaz əmlak üzrə agent işləyən kişi ilk dəfə 2015-ci ildə evlənib. O, növbəti 3 ildə gizlicə digər əyalətlərdən olan müştəriləri ilə daha iki dəfə evlənib. Kişi onları bir-birindən kilometrlərlə uzaqda yerləşdirib və hər ailəsi ilə növbə ilə yaşayıb, bu gedişlərini isə şəxsi ezamiyyətləri ilə izah edib. Onun hər üç arvaddan uşaqları da olub.

 

Aldadılmanın üstünü kişinin digər arvadı ilə yazışmalarını görən ikinci arvadı açıb. O, hissedilmədən ərini növbəti “ezamiyyətə” gedəndə izləyib və birinci arvadını tapıb. Digər şübhəli əlamət ərinin müəyyən nömrədən zəngləri qəbul etmək istəməməsi olub. İkinci arvad ona zəng edərək üçüncü həyat yoldaşının olduğunu müəyyənləşdirib.

 

Bundan sonra birinci arvadı boşanma ərizəsi verib, digər ikisi polisə şikayət ediblər. Müəyyən olunub ki, kişi üç nikahı müxtəlif əyalətlərin hakimiyyətlərində vahid məlumat bazasının olmaması səbəbindən bağlaya bilib. Çoxarvadlı kişini iki il azadlıqdan məhrumedilmə cəzası gözləyir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir