Kanadadan olan bodibildinq üzrə çempion israr edir ki, xroniki ağrılarına sidiyi və meyvələrlə qalib gəlib. Con Depass bir neçə il əvvəl heyvan mənşəli qidalardan imtina edib, sonra qidanı özünün sidiyi ilə təcrübədən keçirməyə başlayıb.
Medpress.az-ın xarici mediaya istinadən bildirir ki, Depass indi həftənin birinci günündən beşinci gününə kimi heç nə yemir və yalnız sidiyini içir. O, şənbə günü hansısa meyvə yeyir və smuzi içir, bazar günü əti makaronla, yaxud düyü və kartof ilə yeyir
“Əgər həftə ərzində nəsə yemək hissim yaranırsa, meyvə, çuğundur, kök və kərəvəz şirəsi içirəm – ancaq yalnız bir dəfə, qalan 23 saatda mədəmi boş saxlayıram”, – bodibilder söyləyib.
O, altı ay ərzində sidik və meyvə qəbulundan sonra 82 kiloqramdan 68-ə qədər arıqlayıb, ancaq iddia edir ki, ağrılardan xilas olub və özünü daha sağlam hiss edir. Depass düzgün qidalanma haqqında Instagramda öz təsəvvürlərini bölüşüb: “Zülallı qidalar qəbul etmək lazəm deyil. Fruktozadan qorxmaq lazım deyil. Vitaminlər, yaxud minerallar lazım deyil. Saflaşdırılan su içmək lazımdır”.
Con Depass 1994-cü ildə Kanadanı kultirizm üzrə “Dünya Misteri” beynəlxalq yarışında iştirak edib. O, 1997-ci ildə orta çəkidə bodibildinq üzrə Şimali Amerika çempionatının qalibi olub.