Sabah Bakıda 12, rayonlarda 17 dərəcə isti gözlənilir – PROQNOZ

Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Medpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ONA-ya verilən məlumata görə, havanın temperaturu gecə 4-6° isti, gündüz 10-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti təşkil edəcək.

 

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcək.

 

(Visited 27 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir