Ev heyvanları yaşlı insanların ömrünü uzadır

Ev heyvanlarının, xüsusilə it saxlanması yaşlı insanların sağlamlığına müsbət təsir göstərir. Bu, İtaliyanın yaşlı nəsillərin problemlərini öyrənən mərkəzin “65 yaşlı insanlar və ev heyvanları” məruzəsində qeyd edilir.

 

Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mütəxəssislər bu nəticəyə gəliblər ki, ev heyvanları yaşı 65-dən yuxarı olan insanların fiziki və psixoloji göstəricilərini yaxşılaşdırır. Bundan başqa, ev heyvanları psixoloji rahatlıq və yüksək fiziki tonus hesabına öz sahibinin ömrünü həqiqətən uzada bilər.

 

Bu xüsusilə itlərə aiddir. İt saxlayanlar daha fəal həyat tərzi sürməyə və  öz heyvanını istənilən havada gəzdirməyə məcburdurlar.

 

Mütəxəssislərin fikrincə, məhz belə gəzintilər yaşlıların fiziki yüklənmələrini əvəz edə bilər. Nəticədə it sahibləri onların ev heyvanları olmayanlarla müqayisədə 57 faiz daha fəal həyat sürürlər. Maraqlıdır ki, ev heyvanları saxlayan yaşlı insanlar da öz həyatlarını daha sağlam qiymətləndirirlər.

 

 

(Visited 44 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir