Yunanıstanda son 3 ayda H1N1 virusunun səbəb olduğu qripdən 56 adam həyatını itirib. Rəsmi şəxslər əhalini peyvənd olmağa çağırıb.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Yunanıstanın Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzindən bildiriblər ki, qrip səbəbiylə sağlamlıq mərkəzlərinə müraciət edən xəstə sayında son günlərdə ciddi artım qeyd edilib və son bir həftədə intensiv xidmət sahələrində müalicə alan 18 nəfər həyatını itirib.
Açıqlamada, son 3 aydır H1N1 virusunun səbəb olduğu qrip virusundan 56 nəfərin həyatını itirdiyi bildirilib.
Təxminən 226 nəfərin H1N1 virusuna yoluxduğu bildirilən açıqlamada, sağlamlıq mərkəzlərinə müraciət edən 40 nəfərin intensiv xidmət sahələrində müalicə altına alındığı qeyd edilib.