“Yoxsul” pensiyaçıların ömrü daha az olur

Pensiyaları az olan yaşlı insanlar “varlı” pensiyaçılardan orta hesabla 5 il tez ölürlər.

 

Medpress.az xarici mətbuata istinadla bildirir ki, bu nəticəyə Maks Planka Cəmiyyəti demoqrafik tədqiqatlar İnstitutundan olan alimlər gəliblər.

 

Tədqiqatçılar pensiyaçı kişilərin ömür uzunluğu  və onların pensiyasının həcmini təhlil ediblər. Müəyyən olunub ki, 2005-ci ildə çox yüksək pensiya alan 65 yaşlı vətəndaşlar pensiyaya çıxandan sonra orta hesabla daha 19 il yaşayıblar.

 

Pensiyası çox olmayanlara isə yalnız 15 ilə yaxın, yəni o birilərindən fərqli olaraq 4 il az yaşaya biliblər. Bu fərq 2016-ci ildə 5 ilə yüksəlib.

 

Alimlərin fikrincə, varlılar və yoxsullar arasındakı ömür uzunluğunun fərqi son 20 ildə güclü çəkildə artıb.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir