İmişli rayonu, Qaradonlu kənd sakini, 37 yaşlı Günel Nəbiyeva hamiləliklə əlaqədar Sabirabad rayonundakı Perinatal Mərkəzə daxil olub.
Medpress.az xəbər verir ki, qeysəriyyə əməliyyatı ilə əkiz uşaqlar ana bətnindən götürülüb.
31-32 həftəlik körpələr küvəzə yerləşdirilsə də, üç gün sonra ölüblər.
Sabirabad rayon Perinatal Mərkəzində daha bir uşaq ölümü qeydə alınıb.
İmişli rayon sakini Nurdan Mürsəlova aprelin 20-də qeysəriyyə əməliyyatı olunub, doğulmuş qız övladının vəziyyəti ağırlaşdığından körpə Sabirabad Perinatal Mərkəzə göndərilsə də, orada ölüb. Mürsəlovlar ailəsi uşağın ölümündə həkimi günahlandırılar.