Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb. Medpress.az-ın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirilib ki, 2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01:58-də daxil olacaq.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayacaq.