Yaddaşınızı möhkəmləndirmək üçün bunları yeyin

Qəbul edilən bəzi qidaların insan zəkasına, yaddaşına və fikir dağınıqlığına mühüm faydaları var. Medpress.az beyini qidalandıran və yaddaşı gücləndirən qidaları təqdim edir:

 

Qırmızı soğan

 

Qırmızı soğan içərisində olan yaddaşgücləndirici komponentlərlə tam bir zehinaçandır.

 

Qaragilə

 

Yüksək miqdarda antioksidant olan qaragilə beyinin daha uzun müddət sağlam qalmasını saxlayır. Eyni zamanda yaddaşı da inkişaf etdirən bu qida beyini stressə qarşı da qoruyur. Sinir hüceyrələrinə təsir edən qaragilə beyinin yaddaş hissəsinə də müsbət təsirlər göstərir və unutqanlığa yardım edir.

 

Badam

 

E vitamini baxımından olduqca zəngin olan badam irəliləyən yaş ilə birlikdə beyində yaranacaq qocalmanı ləngidir. Bununla yanaşı, beyin inkişafı və sağlamlığı üçün də badam ecazkar bir qidadır. Həmçinin fındıq, qoz, fısdıq kimi qidalar də beyin sağlamlığı baxımından yeyilməsi lazım olan qidalardır.

 

Yumurta

 

Zülal mənbələrimizdən biri olan yumurta beyin üçün də mühüm bir qidadır. Xüsusilə beyinin yaddaş hissəsi üçün lazımlı vitaminlər mövcuddur.

 

Alma

 

Tərkibində olan güclü anti-oksidanlar sayəsində alzherimer və yaddaş itkilərinə qarşı qoruyucu bir qalxandır. Hər gün bir ədəd mütləq alma yeyilməlidir.

 

Təzə lobya

 

Aparılan araşdırmalarda fol turşusu baxımından zəngin bir qida olan təzə lobyanın beyin hüceyrələri üzərində müsbət təsirləri olduğu müəyyənləşdirilib. Həmçinin bu müsbət təsirlərin gələcək yaşlarda da davam etdiyi ortaya qoyulub.

 

Kivi

 

Antioksidant baxımından olduqca zəngin olan kivi damar və beyin sağlamlığı üçün çox əhəmiyyətlidir. Beyin gücünü və yaddaşı artırır. Kiviyə portağaldan daha yüksək miqdarda C vitamini və banan qədər kalium daxildir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir