Əvvəllər xərçəngə əsasən yaşlı insanlar yoluxurdusa, son illər bu xəstəliyə tutulanların sayı yaşları 29-dan 49-a qədər olanlar arasında da hissolunacaq dərəcədə artıb. Bunu Amerikanın xərçənglə mübarizə üzrə çəmiyyəti mütəxəssislərinin yaşları 25-dən 84-ə qədər olan insanlar arasında aparılan araşdırmasının nəticəsi göstərib.
Medpress.az xarici mediaya istinadən bildirir ki, araşdırmaya əsasən gənclər arasında xərçəngin bu 8 növünə tutulmaq artıb:
* kolorektal xərçəng (bağırsaq xərçəngi),
* uşaqlığı darmadağın edən endometrial xərçəng,
* böyrək xərçəngi,
* öd kisəsinin xərçəngi,
* mədəaltı vəzinin xərçəngi,
* mieloma (plazmatik hüceyrələrinin xərçəngi),
* leykoz
* mədə-bağırsaq traktının xərçəngi
Alimlərin fikrincə, xərçəngin bu növləri ilə xəstələnmənin artmasına autoimmun xəstəliklərinin çoxalması, antibiotiklərdən tez-tez istifadə və kanseroqenlərin ətraf mühitə təsiri səbəb ola bilər. İlk altı növ xərçəngə səbəb artıq çəki yığılmasını sürətləndirən fasfudun populyarlaşması, az hərəkətli həyat tərzi və digər amillərdir.
Mütəxəssislərin sözlərinə görə, xərçəngin profilaktikası üçün sağlam çəkini saxlamaq, sağlam qidalanma vərdişi və müntəzəm fiziki hərəkətlər, eləcə də siqaret çəkməmək və spirtli içkilərdən imtina etməkdir.