Xərçəng xəstəliyinə tutulmaqdan yayınmağın ən səmərəli üsulu siqaretdən imtina, düzgün qidalanma və hərəkətli həyat tərzidir.
Medpress.az xarici mediaya istinadən bildirir ki, bunu Qeydelberqdəki Almaniya elmi-tədqiqat onkologiya mərkəzinin rəhbəri professor Mixael Baumann söyləyib.
– Səmərəli qidalanma və kifayət qədər hərəkət etməklə siz xərçəngin inkişafına mane ola bilərsiniz. Ən yaxşı ehtiyat tədbir siqaret çəkməməkdir. Xərçəngin bütün növünün 30 faizə qədəri siqaret çəkməklə bağlıdır, – professor vurğulayıb.