Uşaqlarda astma xəstəliyinin artmasının səbəbi AÇIQLANDI

Uşaqlarda artıq çəkinin olması astma da daxil olmaqla, autoimmun xəstəliklərinin inkişaf riskini artırır. Nəzəriyyələrdən birinə görə, astmanın inkişafı uşaqların bakteriyalarla, göbələklərlə, müxtəlif patogenlərlə az təmasda olması halında baş verir. Sterillik onun orqanizmini bu cür təmasa hazırlamır və ona adekvat reaksiya göstərməyi öyrətmir.

 

 

Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, digər nəzəriyyə piylənmə və maddələr mübadiləsində, siqnal molekullarının işində müxtəlif pozulmalarla bağlı olan xroniki iltihabın əsas rol oynamasının təsdiqinə əsaslanır. Son tədqiqat çərçivəsində alimlər 2-17 yaşadək 500 mindən çox uşağın məlumatlarını araşdırıblar. Onların təxminən 40 mini astmanın müxtəlif növlərindən, 100 mini isə piylənmədən əziyyət çəkiblər. Mütəxəssislər bu amillər arasında müəyyən qanunauyğunluq aşkar ediblər.

 

Belə ki, astma xəstəliyinin kəskinləşməsi hallarının təxminən üçdəbiri piylənmə və artıq çəki zamanı ağciyər və digər toxumalarda əmələ gələn iltihabla bağlıdır. Ekspertin sözlərinə görə, uşaqlar arasında astma xəstələrinin ümumi sayının 5-6 faiz artması məhz piylənmə səbəbindən baş verib. Çəki ilə bağlı problemlər son illər ərzində astma epidemiyasının inkişafında ən əhəmiyyətli amillərdən biri olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir