Ürəyi gəncləşdirmək olarmı? Alimlər buna əmindirlər

Yaşa dolduqca ürəyin sağlamlığı xeyli zəifləyir, bu da bir çox problem və xəstəliklərə gətirib çıxarır. Ancaq yaş dəyişikliklərinin qarşısını, bəlkə də almaq olar.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Britaniyanın ürək fondunun kardioloqları yaşlı insanlarda ürək çatışmazlığının qarşısının alınmasına imkan verən yeni vasitə tapıblar.

 

Ürək çatışmazlığı (ürəyin bədənə səmərəli qan ötürə bilməməsi), adətən ürək əzələsinin xəsarəti nəticəsində inkişaf edir (məsələn, ürəktutmasından sonra). Yaşlı insanlar cavanlarla müqayisədə bu problemlə daha çox üzləşirlər.

 

Alimlərin diqqət mərkəzində zombi-hüceyrələr kimi məşhur olan qocalan hüceyrələr olub. Bu hüceyrələr ürəkdə yaranır və ürək çatışmazlığına gətirib çıxarır. Əslində, qocalma getdikcə zombi-hüceyrələr bədənin bütün hissələrində görüşməyə başlayır. Onlar ölü olmasalar da, həmin hüceyrələr lazım olan formada fəaliyyət göstərmir və ətrafında olan hüceyrələri öz sıralarına “cəlb edə” bilər.

 

Tədqiqatçıların sözlərinə görə, bədənin digər hissəsində zombi-hüceyrənin peyda olması, adətən telometrləri qısaltmaqla hüceyrələr xanaya bölünəndə hər dəfə baş verir. Telometrlər – bu xromosomları uzunluğuna görə qoruyucu axırıncı elementlərdir, bəzi müətəxəssislər  bildirirlər ki, bədənin bioloji yaş həddini və hətta mümkün ömür uzunluğunu da müəyyən etmək olar.

 

Ancaq ürək hüceyrələri – kardiomiositlər – nadir hallarda bölüşürlər. Ekspertlər müəyyən ediblər ki, zombi-hüceyrələr məhz stress keçiriləndə qüvvəyə çevrilirlər.

 

Araşdırma göstərib ki, əgər ürəkdən qocalan əzələlər çıxarılarsa (gen mühəndisliyi qüvvələri və dərman vasitələrinin köməyi ilə) ürək bərpa olunar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir