Moskvadakı doğum evlərindən birində tibb bacısı iş yerində özünə ölümcül dozada yuxugətirici vasitə yeridərək intihar edib.
Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 25 yaşlı qadının meyiti doğum evinin otaqlarından birində tapılıb. Meyitin yanın iki ampula “Propofol” – güclü yuxugətirici, bu narkozda saxlamaq üçün istifadə olunur götürülüb.
Onun anestezioloqun köməkçisi işlədiyi bildirilir və üç ay əvvəl burada işləməyə başlayıb.
Gənc qadının hansı səbəbdən həyatına qəsd etdiyi hələ ki məlum deyil.