Qan təzyiqinin aşağı salınması və stenokardiyanın profilaktikası üçün olan populyar dərmanlar ürəyin qəflətən dayanmasına gətirib çıxara bilər.
Medpress.az xarici mətbuata istinadla bildirir ki, bu barədə Avropa kardiologiya çəmiyyətinin açıqlamasında qeyd edilir. Mütəxəssislər deyirlər ki, əgər dərmanın tərkibində nifedipinin dozasından çox istifadə olunursa, bu daha çox təhlükəlidir.
Nifedipin və amlodipindən bu gün kardioloqların çoxu və digər həkimlər istifadə edirlər. Araşdırma müəllifləri deyir ki, seçim çox vaxt həkimnin şəxsi təcrübəsindən asılıdır.
Onların sözlərinə görə, yaxın zamana qədər hər iki dərman eyni dərəcədə effektli və təhlükəsiz hesab edilirdi. Lakin yeni araşdırma göstərir ki, nifedipinin yüksək dozası ürək aritmiyası üçün qaçılmaz olduğundan qəflətən ürəyin dayanması riskini artıra bilər. Amlodipinin də bu cür riskli olduğunu deməmək olmaz.
Layihənin həmmüəllifi, Amsterdam Akademik tibb mərkəzindən olan həkim Xanno Tanın açıqlamasına görə, hər iki dərmanın qəbulu zamanı riskləri nəzərə almaq lazımdır.