Əməköməci əsl protein və C vitamini qaynağıdır. Öz-özünə yetişən və bənövşəyi rəngdə çiçəklər açan bu bitki boğaz və badamcıq iltihabları, səs batıqlığı, göz quruluğu, daban çatları kimi müxtəlif problemlərin aradan qaldırılmasında əvəzsizdir. Faydaları ilə yanaşı, əsas özəlliyi digər bitki qarışımlarında onların təsir gücünü artırmasıdır.
Məsələn, ağ ciyər xəstəliklərində gicitkənin şəfaverici xüsusiyyətləri yalnız əməköməci ilə qarışığı nəticəsində aşkarlanmışdır. Ağ ciyərlərin sağlığı üçün çox faydalı olan bu qarışıq belə hazırlanır:
– Bir qaşıq gicitkən-əməköməci qarışığı 1 litr qaynayan xlorsuz suya əlavə edilir. Vam odda 6 dəqiqə qaynadılır. Gündə 2 dəfə- səhər yeməyindən 15 dəqiqə əvvəl və axşam yeməyindən 2 saat sonra yarım stəkan içilməsi tövsiyyə olunur.
Xroniki bogaz və badamcıq iltihablarında adaçayını bir müalicə vasitəsinə çevirən də onun əməköməci ilə qarışığıdır. Bu qarışıq belə hazırlanır:
– Qarışıqdan bir qaşıq 1 litr qaynayan xlorsuz suya əlavə edilir. Zəif odda 10 dəqiqə qapalı şəkildə qaynadılır. Səhər yeməyindən 15 dəqiqə əvvəl və yatmazdan 15 dəqiqə əvvəl olmaqla gündə iki dəfə qarqara edilir.
Bununla nəinki bogaz və badamcıq iltihabından, hətta diş əti problemlərindən də qurtula bilərsiniz.
Göz quruluğu hissinin aradan qaldırılmasında gündə bir dəfə acqarına bir qaşıq buğda yağı içməklə yanaşı, əməköməci dəmləyərək ilıq halda pambıqla kompress etmək də faydalıdır.
Daban çatlarının müəlicəsində gündə bir dəfə yatmazda əvvəl hind qozu yağı ilə masaj etməzdən əvvəl ayaqları yarım saat ərzində əməköməci qaynadılmış ilıq suda saxlamaq məsləhətdir.
Qeyd: Hamilə qalmaq istəyən qadınların əməköməcini çay və ya salatlarda qəbul etməsi məsləhət görülmür. Belə ki, əməköməcinin “polikistik over” sindromu yaratma ehtimalı hamiləliyin qarşısını ala bilər.