SPİD Ermənistanda 79 nəfəri öldürüb

2018-ci ildə Ermənistanda 429 yeni HİV-ə yoluxma qeydə alınıb ki , onun da 211-i AİDS mərhələsində olub. AİDS eləcə də ötən il 79 nəfərin ölümünə səbəb olub.

 

Medpress.az Ermənistan mediasına istinadən bildirir ki, bu haqda AİDS-in profilaktikası milli mərkəzinin rəhbəri Samvel Qriqoryan məlumat verib.

 

1988-ci ildən 2018-ci il dekabrın 31-dək Ermənistanda 3337 HİV-ə yoluxma qeydə alınıb. HİV epidemiyası başlayandan bu gündək 1695 nəfərə AİDS diaqnozu qoyulub, onların 435-i qadın, 33-ü uşaq olub. 30 il ərzində AİDS-dən 770 nəfər ölüb, onların 145-i qadın, 11-i uşaqdır.

 

Mərkəzin yaydığı məlumata görə, HİV-ə yoluxan xəstələrin 69 faizi kişilər, 31 faizi qadınlardır. Bundan əlavə, uşaqlar arasında 58 HİV-ə yoluxma (1,7 faiz) qeydə alınıb. Pasiyentlərin 51faizi diaqnoz qoyulanda 25-39 yaşlarında olub.

 

Ermənistanda HİV-in 15-49 yaş qrupunda yayılması 0,2 faizdir. Məlumata görə, bu Gürcüstandan (0,5 faiz), Ukraynadan 0,9 faiz azdır.

 

HİV-ə yoluxan xəstələrin 31 faizi Yerevanda yaşayanlardır, ikinci sırada 11,4 faizlə Şirak vilayətidir.

 

Yoluxmanın ötürülməsinə gəldikdə, ilk sırada heteroseksual yoldur: xəstələrin 69 faizi əks cinsin nümayəndəsi ilə qorunmamış seks zamanı yoluxub. 21 faizi narkotik qəbulu nəticəsində HİV-ə yoluxub. 4 faiz homoseksual cinsi əlaqə nəticəsində HİV-ə yoluxub. 1,5-in bu xəstəliyə yoluxmasına səbəb vertikal yol (anadan uşağa), 0,1 faizinin isə qanköçürmə olub. Qalan xəstələrin yoluxma yolu naməlum qalıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir