Soyuq iqlimdə yaşayanların alkoqol asılılığına daha meylli olduqları müəyyən edilib. ABŞ-da aparılan bir tədqiqatda, günəş işığının az olması və soyuq iqlimlərdə yaşayanların daha mülayim iqlimlərdə yaşayanlara görə spirtli içki qəbul etməyə daha meylli olduqları bildirilib.
Medpress.az xarici mətbuata istinadən bildirir ki, Dünya Səhiyyə Təşkilatı və Dünya Meteorologiya Təşkilatının 193 ölkənin məlumatlarına əsaslanan tədqiqatında hava temperaturu, günəş işığı və spirtli içki qəbulunda yaxın əlaqə olduğuna diqqət çəkilir.
Pittsburq Qaraciyər Araşdırma Mərkəzindən ara.dırma aparan Ramon Bataller açıqlamasında, dünya üzrə belə bir işin ilk dəfə keçirildiyini bildirərək deyib: “Daha az günəş işığının olduğu soyuq bölgələrdə yaşayanlar daha çox spirtli içki qəbul edir və bu insanlarda qaraciyərin serrozunun inkişaf riski daha çox olur”.
Bataller, qış aylarında spirtli içkilərin reklam çarxlarına məhdudiyyət qoyulmasının lazım olduğuna işarə edib.