Siqaret tərkibində olan 4 mindən çox kimyəvi element ilə saysız-hesabsız zərərə səbəb olur. Siqaret çəkmək tərgidiləndə bədən dərhal özünü ələ almağa və yeniləməyə başlayır. Sağlamlıq riskləri tez bir şəkildə azalır. Siz də bu bəladan xilas olub sağlığınıza qovuşa bilərsiniz.
Medpress.az xarici mediaya istinadla bildirir ki, böyrək, sidik kisəsi, uşaqlıq və qida borusu xərçəngi kimi bir çox xərçəng növünə yoluxma ehtimalı siqaretlə qat-qat artır. Siqaret çəkənlər 10 qat daha çox ürək böhranı keçirirlər. Sağlamlıq problemləri bir kənara, bu zərərli vərdiş kişilərə sosial və iqtisadi baxımdan da təsir göstərir.
Siqareti buraxdıqdan sonra insan orqanizmində bir çox dəyişiklik baş verir. Bunların bəziləri dəqiqələr içində reallaşmağa başlayır. Əslində, fərqində olmadan bu dəyişikliklərin bir çoxunu özümüz başlayarıq. Lakin məsələ siqareti bir kənara qoyaraq bütün bu dəyişiklikləri yaşamaqdır.
Siqareti tərgitdikdən sonra insan orqanizmində baş verən dəyişikliklər:
20 dəqiqə sonra: Nəbz və qan təzyiqi normal səviyyələrə dönür. Qanın əldə və ayaqdakı dövranı yaxşılaşır.
8 saat sonra: Qanda olan oksigen səviyyəsi normallaşır, bunun əsasında ürək böhranı keçirmə riski azalır.
12 – 24 saat sonra: Orqanizmdə olan dəm qazı tamamilə atılır.
48 saat sonra: Qandakı nikotin səviyyəsi əhəmiyyətli dərəcədə azalır. İnsanın qoxu və dadbilmə duyğuları normallaşır.
72 saat sonra: Nəfəs alıb-vermək asanlaşar, nəfəs yolları təmizlənməyə başlayır. İnsanın enerjisi artır.
2-12 həftə sonra: Tənəffüs yollarının infeksiyası riski azalır. Adam yeriyərkən artıq nəfəsi daralmır və yorulmur.
3-9 ay sonra: Qısa nəfəs alıb-vermə, xırıltı və fitə bənzər nəfəs səsi tamamilə itir. Ağ ciyər 5-10 faiz nisbətində daha yaxşı çalışır.
12 ay sonra: Koronar ürək xəstəliyi riski yarı-yarıya azalır.
12-36 ay sonra: Sidik kisəsinin xərçəngi riski 50 faiz nisbətində azalır.
5 il sonra: Ağız boşluğu xərçəngi, yemək borusu xərçəngi və ürək böhranı riski 50 faiz azalır.
10 – 15 il sonra: Ürək böhranı keçirmə riski siqaret çəkməyənlərlə eyni səviyyəyə enir.