Ağsu rayonu, Qaraqoyunlu kəndi ərazisində yol kənarından meyit tapılıb.
Medpress.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırmalar nəticəsində onun həmin kənd sakini Çingiz Məmmədov olduğu müəyyənləşdirilib.
İlkin məlumata görə, Çingiz Məmmədov həddindən artıq spirtli içki qəbul etdikdən sonra, yıxılaraq yol kənarındakı arxda yatıb və şaxtalı hava onun ölümünə səbəb olub.