Səhiyyə naziri problemlərin çox olduğunu etiraf etdi

Əldə olunan nailiyyətlərlə yanaşı, problemlər də mövcuddur. Bu gün bütün diqqət bu problemlərin həllinə səfərbər olmalıdır.

 

Medpress.az bildirir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasında deyib.

 

Onun sözlərinə görə, ana və uşaqların sağlamlığının qorunması məqsədilə qəbul edilən “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb.

 

Oqtay Şirəliyevin fikrincə, indiki rəqəmlər, statistik göstərişlər səhiyyə sahəsinin istənilən bölməsində xeyli irəliləyişlərin əldə olunduğunu sübut edir: “Uşaqların sağlamlığı ilə əlaqədar çox mühüm işlər görülür. Bunlardan biri uşaqların icbari dispanzerizasıyasıdır. Bu tədbir sayəsində azyaşlıların ölüm göstəriciləri dəfələrlə aşağı düşüb. Dispanzerizasiya imkan verir ki, gələcək üçün yeni sağlam nəsil yetişsin”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir