TƏBİB: Tibb müəssisələrində qidadan zəhərlənən xəstələrin vəziyyəti stabilləşib

Dekabrın 9-da paytaxtın bir neçə tibb müəssisəsində xəstələr və həkimlər arasında qidadan zəhərlənmə halı qeydə alınıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Medpress.az-a daxil olan məlumatda deyilir: “Zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər xüsusi nəzarətə götürülüb. Zərərçəkənlər zəruri tibbi müayinələrdən keçirilib və onlara müvafiq tibbi yardım göstərilib. Təcili və təxirəsalınmaz tədbirlər nəticəsində xəstələrin vəziyyəti stabilləşib.

 

TƏBİB-in nümayəndələri zərərçəkənlərə baş çəkib, onların vəziyyətləri ilə maraqlanıb.

 

Yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat verilib. Hazırda AQTA və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır. Araşdırma müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülüb”.

 

(Visited 39 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir