Səhərlər acqarına bunları yeməyin – XƏBƏRDARLIQ

Acqarına kolbasa ilə buterbrod və təzə sıxılmış şirələri qəbul etməyi unudun – mütəxəssislər səhərləq boş mədəyə qəbul etməyi məsləhət görmədikləri məhsulların siyahısını hazırlayıblar.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ən zərərli səhər yeməyi, alimlərin fikrincə, bizim vətəndaşların həvəslə səhərlər qəbul etdikləri bərk bə hisə verilən məhsullardır. Söhbət, xüsusilə də tez-tez buterbrod üçün istifadə edilən emal edilmiş ət məhsulları barədə gedir.

 

Amma kəskin və hisə verilmiş qidalar həzm traktının selikli qişası üçün pis təsir göstərir. Əgər müntəzəm səhər yeməyi çörəklə kolbasadan ibarət olursa,  mədədə ağrıların yaranması və iltihab riski kəskin artacaq.

 

Nəyə görə, acqarına təzə sıxılmış şirələri içmək lazım deyil? Demək olar bu şirələrin hamısında həzm fermentlərini stimullaşdıran turşu var. Əgər mədədə qida yoxdursa, onda belə fermentlərin fəaliyyəti ishala, urək bulanmasına və qaz əmələ gəlməsinə gətirib çıxara bilər.

 

Yeri gəlmişkən, eləcə də acqarına limonlu su içməyə meylli olmağa dəyməz – belə təcrübə qida borusunun yanıq alması üçün qorxuludur.

 

Bundan əlavə, səhər yeməyində çərəzlərdən istifadə edilməlilidir. Ac mədəyə yeyilən həmin çərəzlər dərhal qanda böyük həcmdə insulin axmasına təhrik edir. Müntəzəm birinci qidanı hansısa şirniyyatdan başlamaqla siz ğz mədəaltı vəzinizi “tərpədirsiniz” və diabet riskini artırırsınız.

Daha bir məsləhət: ac qarına kofe içmək lazım deyil – bu içki mədə divarlarını qıcıqlandırır, xlorid turşusunun istehsalına səbəb olur. Beləliklə, qastrit və xlora ilə üzləşməyiniz uzaqda olmur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir