Sağlam qidalanmaya qlobal keçid ərzaq böhranı yaradacaq

Qvelf Universitetinin alimləri belə qənaətə gəliblər ki, ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin tərkibində az doymuş yağlar olan aşağı kalorili qidalardan istifadə ilə bağlı tövsiyəsi bəşəriyyət üçün keçərli ola bilməz. Tədqiqatçılar səbəb kimi münbit torpaqların kəskin çatışmazlığını göstərir və qeyd edirlər ki, sağlam qidalanmaya qlobal keçid ərzaq böhranı yaradacaq.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislərin məqaləsi “PLAS One” jurnalında çap olunub. Alimlər göstəriblər ki, nazirliyin tövsiyələrinin yerinə yetirilməsi üçün hektarlarla əlavə becərilən torpaqlar əlavə milyard tələb edəcək ki, bu da Kanada ərazisi ilə müqayisə oluna bilər.

 

Bundan əlavə, ölkənin indiki kənd təsərrüfatı təcrübəsinə əsaslanan alimlərin fikrincə, onda Şərq yarımkürəsində istifadə olunan torpaqların sahəsi çoxalacaq. Bu zaman Qərb ölkələri və Okeaniyanın ətdən imtina edib taxıl rasionuna keçməsi mövcud kənd təsərrüfatı yerlərinin qənaətinə imkan verəcək.

 

Tədqiqatçıların fikrincə, tövsiyə zamanı yalnız sağlam qidanın orqanizmə təsirini yox, eləcə də müxtəlif ölkələrin mədəni və iqtisadi xüsusiyyətləri nəzərə alınmalıdır.

 

Bundan əlavə, gələcəkdə torpaq və su ilə bağlı qlobal qıtlığın qarşısının alınması istiqamətində də tədbirlər görülməsi vacibdir. Məsələn, quraqlığa davamlı bitkilərin və regionlar arasında suyun daha səmərəli bölüşdürlməsi ilk məqsəd olmalıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir