Saç tökülməsi və dırnaq qırılmasının daha bir səbəbi

Dəri, dırnaq və saç problemləri həddindən artıq spirtli içki qəbulundan qaynaqlanır.

 

Medpress.az xəbər verir ki, bu barədə “Express” qəzeti məlumat yayıb.

 

Mütəxəssis Roksi Teylorun izah etdiyi kimi alkoqoldan çox istifadə yalnız dərini deyil, dırnaqları da susuzlaşdırır. Nəticədə dırnaqlar kövrəkləşir və qırılmağa meylli olur. Eyni zamanda spirt qan damarlarını genişləndirdiyindən dəri qırmızı olur.

 

Həkimin sözlərinə görə, alkoqol qəbulunun ən çox nəzərə çarpan zərərli təsirləri dəri ilə əlaqəlidir. Spirt dərinin yaşlanmasına günəşdən sonra ikinci ən böyük səbəbdir. Bundan əlavə, bağırsaqdakı faydalı bakteriyalar öldüyü üçün insanın immun sistemi zəifləyir.

 

Çox spirtli içki qəbul etmək saçları da tökür. Bunun səbəbi zülalın zəif mənimsənilməsidir. (Report)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir