Rusiyadan Azərbaycana qadağan olunmuş dərman gətirilməsinin qarşısı alındı

Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

 

Medpress.az-a komitədən verilən məlumata görə, yoxlama zamanı vətəndaşın gödəkçəsinin iç sağ cibindən, gömrük orqanına bəyan edilməyən cib dəsmalına bükülmüş, üzərində “PGN 300” yazısı olan 11 kapsul “Lyrica” (preqabalin) dərman pereparatı aşkar olunub.

 

“Lyrica (preqabalin)” adlı dərman preparatları Azərbaycanın müvafiq qanunu ilə təsdiq edilən “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir.

 

(Visited 228 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir