İndoneziyanın Açex əyalətində sevgililəri ictimai yerdə qucaqlaşdıqlarına görə dəyənəklə döyülmə hökmü çıxarılıb.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 18 yaşlı oğlan və qızı əyalətin mərkəzi Banda-Açexadakı məscidin yaxınlığında insanların gözü qarşısında döyüblər. Onların hərəsinə 17 zərbə vurulub.
Onlarla birlikdə kütləvi döyülməyə 35 yaşlı kişi də məruz qalıb. O və barəsində hökm verilən 40 yaşlı qadının qəbahəti ərzaq mağazasında duyğularını ifadə etmələri olub. Həkimlər mühakimə olunanların sağlamlıq vəziyyətinə görə cəzanın icra olunmasını təxirə salıblar.
Hökmün icrasına qədər onların dördü də bir neçə ayı həbsxanada keçiriblər.
Müsəlman əyalətində şəriət qanunları nikahda olmayan insanların istənilən yaxınlaşmasını qadağan edir. Dəyənəklə kütlənin qarşısında döyülmə Açexedə standart cəzadır: qumar oynayanlar, spirtli içki qəbul edənlər, homoseksuallar və nikahdan kənar münasibətə görə belə cəza kəsilir.