Qızılca epidemiyası bütün dünyada yayılmaqdadır: Ukraynada ötən həftə qızılcaya yoluxanların ağırlaşması səbəbindən 1 və 3 yaşlı uşaq ölüb.
Medpress.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, beləliklə, 2018-ci ildə bu ölkədə qızılcadan ölənlərin sayı 16-ya çatıb.
Məlumata görə, dekabrın 10-16-da Ukraynada qızılcaya 2652 yeni yoluxma qeydə alınıb. Onların 893-ü yaşlı adamlar və1759-u uşaqdır.
İlin əvvəlindən ümumilikdə Ukraynada 49518 nəfər (18297 yaşlı və 31221uşaq) qızılca xəstəliyinə yoluxub.
Xəstəliyə yoluxma daha çox planlı peyvəndləşma səviyyəsi az olan vilayətlərdə qeydə alınır.
Mütəxəssislər valideynləri uşaqlarını, həm də özlərini qızılcaya qarşı peyvənd etdirməyə çağırır.