Qız xoruldayan sevgilisini güllələdi

ABŞ-ın Florida ştatında güclü alkoqol içən cütlük arasındakı mübahisə atəş açılması və boyfrendin yaralanması ilə nəticələnib. Brevard dairəsinin məhkəməsindən xəbər verilib ki, 47 yaşlı Lori Morinə öldürməyə cəhdə görə ittiham irəli sürülüb.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Morin atəşin təsadüfən açıldığını söyləyib. İnsidentin qurbanı Brett Elqudanı çarpayıda qan içində tapılıb və onu xəstəxanaya aparıblar.

 

Rəsmi sənəddə qeyd edilir ki, kişi öz sevgilisinin yanına bir butılka rom, gül, konfet və xoruldamaqdan qorunmaq üçün plastrla gəlib. Onlar içiblər, kart oynayıblar. 

 

Mübahisə gecə Elqud yataqda xoruldayanda Morinin onu itələməsi ilə başlayıb. Elqud yataqdan qalxmağa hazırlaşanda gur atəş səsi eşidib, sonra oyananda öz çarpayısının qana boyandığını görüb, sağ qoltuğunun altında bərk ağrı hiss edib.

 

Nəticədə Morin girov müqabilində azadlığa çıxmaq hüququ olmadan saxlanılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir