Qaragilə və Brüssel kələmi orqanizmin xərçəngdən təmizlənməsinə kömək edir

Bəzi tərəvəz və meyvələr xərçəng kimi ölümcül təhlükəli xəstəliyə qarşı güclü profilaktik vasitə ola bilər.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, bunları gündəlik qida rasionunuza əlavə etmək məsləhətdir.

 

Qaragilə

 

Bu giləmeyvənin tərkibində xeyli faydalı vitaminlər, minerallar, həmçinin antioksidantlar var. Məlumdur ki, sərbəst radikallar hüceyrələrin sağlamlığına mənfi təsir göstərərək onları parçalayır. Bu isə ölümcül xəstəliyin – xərçəngin əmələ gəlməsinə gətirib çıxarır. Qaragilənin tərkibindəki antioksidantlar sərbəst radikalları neytrallaşdırmaq qabiliyyətinə malikdirlər. Başqa sözlə desək, giləmeyvə onkoloji xəstəliklərdən qoruyur.

 

Zəncəfil

 

İnsanlar hələ qədim zamanlarda bu güclü ədviyyatın xassələri ilə tanış idilər. Əcdadlarımız zəncəfil vasitəsilə çoxlu xəstəlikləri uğurla müalicə ediblər. Zəncəfilin tərkibində vitaminlər, minerallar, antioksidantlar, həmçinin efir yağları və faydalı maddələr var. Ədviyyat bədxassəli hüceyrələri təcrid etməyə qadirdir. Zəncəfil onların parçalanaraq digər orqan və toxumalara yayılmasının qarşısını alır. O, orqanizm tərəfindən əla mənimsənilir və maddələr mübadiləsini yaxşılaşdırır. Güclü xalq təbabəti vasitəsi toksik hüceyrələrin özü-özlərini məhv etməsinə imkan yaradır. Yarım çay qaşığı sürtkəcdən keçirilmiş ədviyyat bir stəkan qaynar suda dəmlənərək gündə bir neçə dəfə qəbul edilir.

 

Brüssel kələmi

 

Bu, təkcə vitaminlərin, mineralların və faydalı mikroelementlərin zəngin mənbəyi deyil. Tərəvəzin tərkibində sulforafan adlı maddə var ki, bu da orqanizmin qoruyucu xüsusiyyətlərini möhkəmlədir. Başqa sözlə desək, Brüssel kələmi xərçəng xəstəliklərini törədən toksin və şlaklarla fəal şəkildə mübarizə aparır. Bu tərəvəz qida rasionuna əlavə olunmağa layiqdir.

 

Yaşıl çay

 

Yaşıl çay müxtəlif xərçəng xəstəliklərindən fəal şəkildə müdafiə edən antioksidantların və polifenolların güclü mənbəyidir. Bu içki maddələr mübadiləsini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır, zəhərli, zərərli maddələri, şlak və toksinləri orqanizmdən kənarlaşdırır. Məhz bu səbəbdən də yaşıl çaydan gün ərzində 2-3 fincan içmək məsləhət görülür.

 

Portağal

 

Bu sitrus tərkibindəki antioksidantlar, həmçinin immun sistemini möhkəmlədən C vitamini ilə zəngindir. Portağal orqanizmdə xərçəng xəstəliklərinin əmələ gəlməsinə şərait yaradan sərbəst radikallarla fəal şəkildə mübarizə aparır. Meyvə, qanda təhlükəli xolesterinin səviyyəsini azaldır, orqanizmin qocalmasının qarşısını alır və qamətli bədən quruluşunu saxlamağa kömək edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir