Nijni Novqorod məhkəməsi “VKontakt”da qadınlara qarşı nifrət oyatmaq üçün “Kişi dövləti” bağlı qrupu yaradan Vladislav Pozdnyakovu iki il şərti azadlıqdan məhrum edilib.
Medpress.az Rusiya mediasına istinadən xəbər verir ki, istintaqın versiyasına görə, “Kişi dövləti” qrupunda “milli patriaxlıq” ideyası irəli sürülüb, Pozdnyakov isə qadınlara münasibətdə insan ləyaqətinin alçaldılması istiqamətində fəaliyyət göstərib.
Qrup iştirakçılarının sayı 150 mini keçib. Onların arasında Federal Təhlükəsizlik Xidmətinin xəbər verəni də olub. 2018-ci ilin sentyabr ayında Pozdnyakovu xırda xuliqanlığa görə həbs olunub, sonra maddə dəyişdirilib.