Qadın öləndən iki ay sonra uşağı doğuldu

Portuqaliyalı həkimlər 26 yaşlı Katarina Sekeyranın uşaq dünyaya gətirməsinə kömək ediblər. Onun çəkisi 1,7 kiloqram olan Salvador adlı oğlu doğulub. Ancaq  yenicə ana olan qadının bundan xəbəri yoxdur, çünki o, iki yaxın əvvəl vəfat edib.

 

Medpress.az-ın xarici mətbuata istunadən verdiyi xəbərə görə, Katarina 19 aylıq hamilə olanda ağır astma tutması əmələ gəlib. Onu əvvəlcə xəstəxanaya yerləşdiriblər, lakin hamilə xanımın vəziyyəti yaxşılaşmayıb. Bu səbəbdən həkimlər onu komaya yükləmək qərarına gəliblər, dekabrın 26-da isə qızın öldüyünü təsdiqləyiblər.

 

Bu zaman onu həyat fəaliyyətinin dəstəklənməsi aparatına qoşublar ki, uşağın doğulmaq şansı qoruna bilsin. Hamiləliyin 32-ci həftəsində vəziyyət gərginləşib, ona görə qeysəriyyə əməliyyatı keçirmək məcburiyyəti yaranıb. Bundan bir neçə saat sonra isə qadının həyatını dəstəkləmək aparatı söndürülüb.

 

Beləliklə, 1,7 kiloqram çəkisi olan Salvador adlı oğlan dünyaya gəlib. O, xəstəxanada ölmüş anasının bətnindən çıxarılan ilk uşaq olub. Atası oğlu ilə qaldığını söyləyib.

 

Həkimlərin sözlərinə görə, oğlanın sağlamlıq vəziyyəti ilə bağlı bəzi məqamlar var və bu da ana bətnindəki spesifikliklə bağlıdır. Ancaq ümumilikdə o, vaxtından qabaq doğulmuş uşağın parametrlərinə uyğundur.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir