Prezident İlham Əliyev “Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Medpress.az xəbər verir ki, sərəncamla yeni korpusun tikintisinin başa çatdırılması məqsədilə prezidentin 2019-cu il yanvarın 15-dəki 890 nömrəli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 6 807 400 manatı Səhiyyə Nazirliyinə ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.