Çox böyük burun sahibi olan Patrik, nəhayət kömək üçün həkimlərə müraciət edib. Soyadı və yaşı məlum olmayan xəstə burnunun böyük olması səbəbindən nəfəs almaqla bağlı ciddi problemlə üzləşib. Məlum olub ki, onu bu qədər böyük burunla təbiət yox, nadir rinofima xəstəliyi mükafatlandırıb.
Medpress.az xarici mediaya istinadən bildirir ki, rinofima – burun dərisinin xroniki xəstəliyidir, burunun bütün elementlərinin böyüməsi və eybəcər hala düşməsi ilə xarakterizə olunur. Bu xəstəliyin baş verməsinin səbəbi müəyyənləşdirilməyib, lakin risk faktoru arasında daha çox havanın tozlaşması və temperaturun kəskin dəyişməsi göstərilir.
Patrik etiraf edib ki, nəfəs almaqda çətinlik çəkir, çünki dərinin qalın qatı onun burun deşiklərini blok edir. Kişinin səhhətinin pisləşməsi Las-Veqasda tikintidə işləyəndə başlayıb. Hətta günəşdən müdafiə kremi onun burnunu Günəşin şüalarının yandırmasından qoruya bilməyib. Bu səbəbdən dərisi qırmızılaşıb. Sonra burnunun ölçüsü böyüməyə başlayıb.
Patrikin sözlərinə görə, hətta nətta nəvələri də onun heybətli burnundan qorxublar.
Həkimlər əvvəlcə xüsusi ləvazimatla dərinin qırmızılaşmasını azaldıblar və bu da burun deşiklərinin yükünü aşağı salıb. Sonra cərrahlar Patrikin burnunun artıqlarını tamamilə siliblər. Kişinin özünün etirafına görə, əməliyyatdan sonra daha yaxşı nəfəs almağa başlayıb. Bundan əlavə, cərrahi müdaxilədən sonra onun burnu ciddi şəkildə balacalaşıb.