Gürcüstanda azərbaycanlı kişi “donuz qripi”nə yoluxdu

Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda “donuz qripi” adlandırılan A (H1N1) virusuna iki yoluxma qeydə alınıb.

 

Medpress.az-ın Gürcüstan mediasına istinadən verdiyi xəbərə görə, 59 yaşlı kişi qripə yoluxma  əlamətləri  ilə rayon xəstəxanalarından birinə yerləşdirilib.

 

Həkimlərin bildirdiyinə görə, şəxsin vəziyyəti ağır olan həmin şəxs reanimasiya şöbəsində müalicə olunur.

 

Kişinin A (H1N1) virusuna yoluxması laboratoriyada təsdiq olunub.

 

Marneulidə 39 yaşlı qadının da “donuz qripi” diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi və onun da vəziyyətinin ağır olduğu bildirilir.

 

Gürcüstanda indiyə qədər “donuz qripi”ndən 17 nəfər ölüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir