Məşqdən sonra qazlı su içmək olmaz – XƏBƏRDARLIQ

İntensiz fiziki yüklənmədən sonra qazlı içkiləri qəbul etmək böyrək üçün təhlükəlidir. Belə gözlənilməz nəticəyə Buffalo Universitetinin alimləri gəliblər. Məşqdən sonra qazlı içkini çoxları üçün xoş və sərinləşdirici kimi qəbul edir.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ancaq alimlərin fikrincə, onu içmək çox pis ideyadır. Onlar izah ediblər ki, məşqdən sonra qazlı içki qəbul edilməsi böyrəklərin kəskin zərər dəyməsi ehtimalını xeyli yüksəldir.

 

Məsələ burasındadır ki, məşq zamanı böyrəklərə qan axını yavaşlayır – bu orqanizmin istiləşməsinə normal reaksiyadır və heç bir zərəri yoxdur. Lakin araşdırmaçılar qeyd edirlər ki, qazlı içki qan axınında kəskin bir düşmə və oksigen tədarükü ilə birgə azalma səbəbiylə böyrəklərə zərər verər. Bundan əlavə, şirin içkilər fiziki yüklənmədən sonra orqanizmdə baş verən susuzlaşdırmanı artırır,

 

Alimlərin keçirdiyi təcrübədə iştirakçılar kənd təsərrüfatı sahəsində 35 dərəcə istidə işi təqlid edən fəaliyyətlər həyata keçiriblər. Fasilədə onlara adi və qazlı  su verilib. Qazlı su qəbul edən insanların 75 faizində  glomerular filtrasiyanın   daha aşağı sürəti ortaya çəxıb, bu da böyrəyin zədələnməsi deməkdir.

 

Alimlər xatırladırlar ki, yalnız su intensiv fiziki yüklənmədən sonra orqanizmdə susuzluğun itirilməsini kompensasiya edir.

 

 

(Visited 98 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir