Koronavirus və qrip: oxşar və fərqli əlamətlər

Coronavirus və qripin bir çox oxşar simptomları olsa da, ciddi fərqləri də mövcuddur. Qrip və koronavirus arasındakı ilk əhəmiyyətli fərq odur ki, qripin simptomları daha sürətli yayılır. Covid-19-a gəldikdə, əvvəldə özünüzü sadəcə, bir az narahat və zəif hiss edə bilərsiniz.

 

 

Covid-19-un simptomları:

 

– yüksək hərarət və ya üşütmə

– öskürək

– nəfəs darlığı və ya nəfəs almaq çətinliyi

yorğunluq və zəiflik

– əzələ və ya bədən ağrısı

– baş ağrısı

– qoxu və dad itkisi

– boğaz ağrısı

– burun tutqunluğu və ya axması

– mədə ağrısı, ishal

– ürək bulantısı

 

Qripin simptomları:

 

– öskürək

– yüksək hərarət (olmaya da bilər)

– boğaz ağrısı

– burun tutqunluğu və ya axıntısı

– əzələ və ya bədən ağrısı

– baş ağrısı

– yorğunluq

 

Oxşarlığın çox olması səbəbindən xəstəliklərin müəyyən edilməsi çətinləşə bilər. Tövsiyə olunur ki, hər hansı yoluxma əlaməti hiss etdikdə özünüzü təcrid edin və mütəxəssislərə dərhal müraciət edin! (e-tibb)

 

(Visited 173 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir