Coronavirus və qripin bir çox oxşar simptomları olsa da, ciddi fərqləri də mövcuddur. Qrip və koronavirus arasındakı ilk əhəmiyyətli fərq odur ki, qripin simptomları daha sürətli yayılır. Covid-19-a gəldikdə, əvvəldə özünüzü sadəcə, bir az narahat və zəif hiss edə bilərsiniz.
Covid-19-un simptomları:
– yüksək hərarət və ya üşütmə
– öskürək
– nəfəs darlığı və ya nəfəs almaq çətinliyi
– yorğunluq və zəiflik
– əzələ və ya bədən ağrısı
– baş ağrısı
– qoxu və dad itkisi
– boğaz ağrısı
– burun tutqunluğu və ya axması
– mədə ağrısı, ishal
– ürək bulantısı
Qripin simptomları:
– öskürək
– yüksək hərarət (olmaya da bilər)
– boğaz ağrısı
– burun tutqunluğu və ya axıntısı
– əzələ və ya bədən ağrısı
– baş ağrısı
– yorğunluq
Oxşarlığın çox olması səbəbindən xəstəliklərin müəyyən edilməsi çətinləşə bilər. Tövsiyə olunur ki, hər hansı yoluxma əlaməti hiss etdikdə özünüzü təcrid edin və mütəxəssislərə dərhal müraciət edin! (e-tibb)