Poliorqan çatışmazlığından əziyyət çəkən və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən kişiyə həyat yoldaşının böyrəyi köçürülüb.
Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, böyrək transplantasiyası əməliyyatını Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, cərrah-uroloq-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan icra edib.
Məlumata görə, . Eyni zamanda, resipiyentin damarları anatomik cəhətdən əməliyyat üçün o qədər də uyğun olmayıb. Vəziyyətin bütün çətinliyinə baxmayaraq, əməliyyat uğurla yekunlaşıb. Hazırda köçürülən böyrəyin fəaliyyəti qənaətbəxşdir, xəstədə qaraciyər çatışmazlığı da geriləyib.