Ailənin uzunömürlü olması kişi ilə onun həyat yoldaşı arasında münasibətlərin qarşılıqlı anlaşma və hörmətlə qurulmasından çox asılıdır. Məhz ərlə arvadın yola getməməsi, bəzən ən adi yanlışlıqları bir-birinə bağışlamamaları ailənin dağılması ilə nəticələnir. Boşanmaların əsas səbəbi kimi çox vaxt tərəflərdən birinin o birisinə xəyanət etməsi göstərilir. Bəs, kişilər ailənin əbədi olması üçün öz həyat yoldaşlarından nə istəyirlər?
Medpress.az xarici mətbuata istinadla kişinin öz qadınınından umduğu bəzi şeyləri təqdim edir.
1. Dinləməyi bacarın, hətta boş şeydirsə
Məsələn, uzun iş günündən sonra o sizinlə danışmaq istəyir, siz isə rədd edirsiniz. “Mən yorulmuşam”, gedin. Bu, konkret məqamda qorxulu kimi görünməyə bilər, amma əgər həmişə belə olursa, bu münasibətlərdə sizə atmosfer yaratmağa kömək etməyəcək.
2. Müsbət əhval-ruhiyyəni saxlamağa çalışın
Xırdalıqlar əhəmiyyət kəsb edir. Və sizin kişiniz bunu hiss edəcək. Tez-tez gülümsəyin. Yadda saxlayın ki, sizin nə dediyiniz yox, bunu necə dediyiniz vacibdir.
3. Tənqid etməyin
Problemlərinizi müzakirə etməyi öyrənin. Müdafiə mövqeyi tutmaq lazım deyil. Hərəkətlərinizə görə məsuliyyət götürməyə və ona nəzarət etməyi öyrənin.
4. Ona deyin ki, siz də onu çox sevirsiniz və qiymətləndirirsiniz
Sizə bunu demək çətin deyilsə, bunu hər kəs eşitməlidir. Bu heç kimi yormur. Siz onu nəyə görə sevirsiniz və qiymətləndirirsiniz kimi etiraflarınızda nə qədər konkret olsanız, daha yaxşıdır.
5. Özünüzə baxın
Bu nə deməkdir – istirahət etmək, düzgün qidalanmaq və məşq. Özünüzü psixoloji yükləməyin. Başqaları haqda düşünməzdən əvvəl biz öz qayğımıza qalmaq haqqında düşünməliyik.
6. Canyananlıq etməyi bacarın
Onu sadəcə dinləməyin, o öz hisslərini bölüşəndə, şəfqət göstərin. Onda sizin qayğınızı hiss edəcək.
7. Onun məsləhətlərini qəbul edin
Məmnuniyyətlə onları qəbul edin. Bu, sizin münasibətləriniz üçün faydalıdır.
8. Telefona artıq vaxt ayırmayın
Bunu xüsusilə zamanın yalnız ikiniz üçün olduğunda etməyin. Bütün qədcetləri kənara qoyun. Birlikdəki vaxtınızı keyfiyyətli keçirin. Səmimi suallar verin, cavablara qulaq asın.
9. Münasibətləriniz üzərində işləməyə hazır olun
Bütün münasibətlərdə yaxşı və çətin vaxtlar olur. Buna hazır olmaq lazımdır. Nəticə çıxarmağa tələsmək lazım deyil. Bir-birinizlə razılaşıb-razılaşmamağınızdan asılı olmayaraq, bu normaldır.
10. Onun arzularını dəstəkləyin
Sizin nəyi arzuladığınızı nəzərə alaraq ailə əziyyətlərini asanlıqla unudun. Siz və o da. Bir-birinizi motivasiya etməyə çalışın, hər halda sonda nəyəsə nail olcaqsınız.