Ümidsizlik həddinə çatan Pakistanın Lahor şəhərindən olan 22 yaşlı Asma Aziz sosial şəbəkədə darda qalması haqda çarx paylaşıb. Bu, ciddi reaksiyaya səbəb olub və günahkarlar, nəhayət cəzalandırılıblar.
Medpress.az xarici mediaya istinadən bildirir ki, Asmanın sözlərinə görə, əri Mian Faysal toylarından 6 ay sonra ona əl qaldırmağa başlayıb. Ancaq heç vaxt indiki kimi bərk döyməyib.
Onun dediyinə görə, əri tez-tez dostlarını qonaq dəvət edir və təşkil etdiyi gecədə Asma yaxşı evdar qadın kimi onları əylənləndirməliymiş. Bu dəfə əri Asmadan dostları ilə rəqs etməsini tələb edib. O, imtina edəndə Mian qəzəblənib.
O, dostları ilə xanımının paltarını cıraraq dəmir boru ilə vurub. Sonra kişilərdən biri Asmanın boynunu döşəməyə sıxıb, əri isə saçını dibdən qırxaraq yandırıb.
Asma qaça bilməyib – bu halda birinci evliliyindən olan 3 övladını qoyub getməliydi. Xanım xəstəxanaya və polisə müraciət edib, lakin heç yerdə qəbul etməyiblər. Çünki Asmanın pul olmayıb.
Nəticədə ümidini hər yerdən üzən Asma yardım üçün insanlara müraciət edib. Onun köməyinə paylaşdığı çarx çatıb. Bundan sonra polis, nəhayət Asmanın ərini dostlarından birini həbs edib.