Ekspertlər mandarinin (naringi) insan sağlamlığna təsir göstərdiyindən danışıblar. Bu meyvənin qəbulu ürək-damar xəstəliklərindən müdafiə qabiliyyətinə malikdir. İlk növbədə qeyd etmək lazımdır ki, naringidə sitrus meyvələrində zəngin olan böyük həcmdə C vitamin qrupu var. Eləcə də bu meyvənin tərkibi D və K qrupu vitaminləri ilə zəngindir. Məhz bu naringini ürək-damar xəstəlikləri və raxit üçün əla profilaktika vasitəsidir.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, maraqlı fakt odur ki, naringidə, adətən nitrat demək olar olmur. Bundan əlavə, güclü şişdən qurtulmaq istəyənlərin hamısına naringi yemək məsləhətdir. Məsələn, gecələr cəmisi iki naringi meyvəsi yeməklə gözləriniz altında sallanan “kisə” və göylər barədə unudacaqsınız.
Naringi mədə-bağırsaq traktının işinə yaxşı təsir göstərir. Onu qəbul edəndə siz qəbizlik, ishal və meteorizmi unudacaqsınız. Üstəlik, naringi qaraciyər toxumalarının lazımi vəziyyətini bərpa etməyə kömək edir.
Ancaq bu meyvəni həddindən artıq yeyəndə, hər halda mənfi nəticələrə gətirib çıxara bilər. Bu xüsusilə mədə və onikibarmaq bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə aiddir. Naringini qastrit, enterit, kolitlər və digər xəstəliklər zamanı da yemək olmaz. Bundan başqa, naringi əgər çox miqdarda qəbul edilərsə, uşaqlarda allergiyaya da səbəb ola bilər.