Şabran rayonunda 8 yaşlı uşağın antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb və xəstəxanada ölüb.
Medpress.az report-a istinadən bildirir ki, Şabran şəhərində yaşayan 8 yaşlı Gülnur Dadaşovanı müalicə üçün yaxınları həkimin yaşadığı evə aparıb.
Antibiotik iynə vurulduqdan sonra Gülnur Dadaşovanın halı pisləşib, koma vəziyyətinə düşüb. Xəstə Şabran rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb. Bu səbəbdən Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Lakin bütün yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumənin yaxınlarının bildirdiyinə görə, Gülnur Dadaşovanın ölümünə səbəb həkimin antibiotiki “prob” qoymadan vurması olub.