İt saxlayanlar həkimə daha az müraciət edirlər

Heyvanlar insanların ən sadiq dostlarıdır. Lakin onlarla dostluq etməyin, evdə heyvan saxlamağın həm faydalı, həm də bəzi zərərli cəhətləri var. Araşdırmalara görə, ev heyvanları saxlayanlar digərlərinə nisbətən daha az əsəbiləşir və stressdən uzaq qalmağı bacarırlar.

Bununla əlaqədar dünya heyvansevər cəmiyyətlərinin açıqladığı statistik məlumatlar çox maraqlıdır. Məsələn, ev heyvanı öz sahibini gün ərzində ən azı bir dəfə güldürməyə müvəffəq olur. İt saxlayanlar həkimə daha az müraciət edirlər. Pişik saxlayanlar isə daha mülayim və sakit olurlar.

Lakin bununla yanaşı, ev heyvanları saxlayarkən bəzi məsələlər, xüsusilə onların təmizliyi nəzərə alınmalıdır. Evdə körpə uşaqlar varsa, heyvanlar vaxtlı-vaxtında peyvənd edilməli, ona qulluq edənin pal-paltarı, üst-başı təmiz olmalıdır, çünki heyvanlarda natəmizlik halları və onların tükü allergiyaya səbəb ola bilər.

Uşaqların heyvanla təmasına müəyyən qaydalara əməl edilməklə ən tezi 2 yaşından sonra icazə verilir, əks halda müəyyən fəsadların yaranması mümkündür. Onların gözündə qaşınma, qızarma, sulanma, selikli qişada ifrazatın gəlməsi halları, qaşınma hissiyyatı, bəzi hallarda öskürməyə və boğulmaya qədər əlamətlər baş verə bilər.

(Visited 68 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir