İran Azərbaycanda xəstəxana açacaq

İran Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürəcək. APA-nın Tehran bürosunun xəbərinə görə, bunu martın 13-də Tehranda Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyasının 12-ci iclasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

“Azərbaycan və İran arasında səhiyyə sahəsində  əməkdaşlığımız uğurla davam edir. Azərbaycan Bakı şəhərində özəl xəstəxanalardan birini icarəyə vermək niyyətindədir. Əminəm ki, qısa müddətdə bu baş tutacaq”, -Ş.Mustafayev deyib.

(Visited 28 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir