İki yaşlı uşaq babasının dərmanını içib öldü

Moskvada yeni il tətili zamanı qardaşı və valideynləri ilə baba və nəvəsinə baş çəkməyə gedən azyaşlı oğlan ürək aritmiyası üçün həbi qəbul edəndən iki gün sonra xəstəxanada ölüb. 

 

 

Medpress.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, hadisə Moskvanın Cənub-Qərb dairəsində qeydə alınıb. Uşaq babasının əlindən ürək üçün nəzərdə tutulan dərmanı alaraq udub.

 

Uşağın anası əvvəlcə öz valideynləri ilə həbi azyaşlının boğazından çıxartmağa cəhd edib, lakin artıq gec olub, iki yaşlı oğlan onu udub.

 

15 dəqiqə sonra uşağın halı pisləşib – titrədib, qusmağa başlayıb, sonra huşunu itirib. Təcili yardım briqadası dərhal onu xəstəxanaya aparıb.

 

Həkimlərin səylərinə baxmayaraq, iki gün sonra uşaq xəstəxanada özünə gəlmədən ölüb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir