Azərbaycanda bu ilin 7 ayı arzində qeydə alınan ölümlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən (DSK) medpress.az-a verilən məlumata görə, bu ilin yanvar-iyul ayları ərzində ölkədə 34 812 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,1 təşkil edib.
2018-ci ilin 7 ayında qeydiyyat şöbələri tərəfindən 33 009 nikah və 8 538 boşanma qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 olub.
Bu ilin yanvar-iyul aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2 109 nəfər Azərbaycana gələn, 829 nəfər isə Azərbaycandan gedən qeydə alınıb, miqrasiyanın müsbət saldosu 1280 nəfər təşkil edib.