2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin (ƏN) rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62 923 nikah və 14 514 boşanma halları qeydə alınıb. Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.
2016-cı il ilə müqayisədə ölkədə nikahların sayı 5,8% azalıb, boşanmaların sayı isə əksinə 10,8% artıb.
Qeyd edək ki, 2016-cı ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 66,8 min nikah və 13,1 min boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.