Britaniyalı və çinli alimlərin birgə layihəsi gündəlik bir yumurta yeməyin iflic riskini ən azı 25 faiz aşağı saldığını sübut etməyə yardımçı olub.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, eksperiment 9 il aparılıb və yaşları 30-80 arasında olan 500 min könüllü bu prosesdə iştirak edib. Ancaq iflic ehtimalını mimimuma çardırmaq yumurtanın yeganə “super gücü” deyil. Əgər onu hər gün qidanıza əlavə etsəniz, iflic olmaq ehtimalını və ürək-damar sistemi xəstəlikləri riskini 18-20 faiz azaldacaqsınız.
Əvvəllər ürək xəstəlikləri yaşlı və ahıl yaşı insanların ölüm səbəbi arasında lider mövqedə idi. Ölüm hallarının təxminən yarısının səbəbi infarkt, yaxud iflic idi. Belə təhlükəli xəstəliklərinin profilaktikasının axtarışı zamanı alimlər eləcə də pomidor şirəsinin və tərkibində omeqa-3 yarıdoymamış yağ turşularının orqanizmə təsirini araşdırıblar.
ABŞ-dan olan əczaçılar hətta orqanizmdəki maddələr çatışmazlığını doldurmalı olan və ürək xəstəlikləri riskini azaldan xüsusi preparatı da patentləşdirmişdilər.