Xurmanın damaqda unudulmaz bir ləzzət buraxması ilə yanaşı, yüksək lif tərkibi, kalium, dəmir, fol turşusu və kalsium olmaq üzrə bir çox vitamin ilə mineral tərkibi sayəsində orqanizmimizə bir çox faydaları var. Ancaq hər qidada olduğu kimi, xurmada da əhəmiyyətli olan nə qədər yeyilməsinə nəzarəti təmin etməkdir. Çünki 3 ədəd orta çəkili xurma (45 qram) orta hesabla 60 kaloridir, 1 bütöv meyvəyə uyğun gəlir. Beləliklə, ləzzətinə qapılıb həddindən artığa qaçmamaq çox əhəmiyyətlidir.
Medpress.az xarici mediaya istinadən bildirir ki, xurma yeməyin 10 mühüm səbəbi bunlardır:
Həzmi asanlaşdırır
Xurmanın lif nisbəti çox yüksəkdir. Belə ki, 100 qramında 3,5 qram lif var. Bunun sayəsində mədədə süngər kimi şişib yer tutur və mədəni gec tərk etdiyi üçün toxluq hissi yaradır. Yüksək lif, eyni zamanda bağırsaqları işlədir və qəbizlikdən xilas edir.
Dərini gəncləşdirir
Antioksidantla zəngin olan xurma hüceyrə yenilənməsini təmin etməsi sayəsində dərimizə də faydalı olur. Yenilənən toxumalar dərini daha gənc bir görünüşə qovuşdurur. Dəri elastik quruluşunu itirəndə yanaqda çökmələr artır və dərin üz cizgiləri aydınlaşır. Xurma dəriyə ehtiyacı olan rütubəti verir, beləliklə dəri daha elastiki bir quruluşa malik olur. Tərkibindəki B vitamini sayəsində dəridə əmələ gələn yaraların da daha sürətli yaxşılaşmasına kömək edir.
Çəkiyə nəzarəti dəstəkləyir
Yüksək lif tərkibi ilə mədədə uzun müddət qalaraq həzmin yavaş getməsiniı təmin edir. Beləliklə, toxluq müddəti uzanır və daha az qida istehlak edilmiş olur. Dəmir çatışmazlığı olan şəxslər çəki vermədə çətinlik yaşayır. Xurmanın tərkibindəki yüksək miqdardakı dəmir mineralı adamın dəmir ehtiyatını dəstəkləyir və bunun sayəsində metabolizm da sürətləndirmiş olur. Ancaq unutmamaq lazımdır ki, 1 ədəd xurma 20 kalori ehtiva edir. Xüsusilə arıqlama prosesində miqdarına diqqət edilərək istifadə edilməsi lazımdır.
Əzələ ağrılarına mane olur
Maqnezium çatışmazlığında tez-tez əzələ ağrıdığından əzələ ağrıları yaranır. Xurma tərkibindəki maqnezium sayəsində əzələləri gücləndirir, zülal sintezində və fermentlərin sağlam işinə yardım edir. Gündə 2-3 ədəd xurma yemək gündəlik maqnezium ehtiyacını təmin edəcək.
Ürək sağlamlığını qoruyur
Ürəyin dostu qidaların başında yer alan xurma, tərkibindəki zəngin kalium mineralı sayəsində qan təzyiqini tənzimləyir və ürək ritmini normallaşdırır. Xolesterinə heç səbəb olmadığı kimi güclü bir antioksidant olması sayəsində ürəyi zərərli bakteriyalardan və mikroblardan qoruyaraq, damarların tutulması riskini azaldır.
Stress və gərginliyi azaldır
Ekspertlərin apardıqları araşdırmalar nəticəsində, sinirləri gücləndirən B6 vitamininin xurmada yüksək miqdarda olduğu ortaya qoyulub. Bunun sayəsində stressə qarşı bir müdafiə edicidir. Xurma tərkibindəki B1 vitamini ilə də sinir sisteminin sağlam olmasını asanlaşdırır.
Anemiyanın qarşısını alır
Xurma tərkibindəki yüksək dəmir ilə də diqqət çəkir. Nizamlı istifadə edildikdə, dəmir çatışmazlığı qan azlığında olan insanlarda qan hüceyrələrində mövcud olan hemoqlobin sintezini artırır. Bu təsirilə dəmir çatışmazlığı ilə bağlı qanazlığı riskini azaldır. Bundan başqa, tərkibindəki B2 və B3 vitamini ilə qırmızı qan hüceyrələrinin sayını artır.
Tam bir enerji anbarıdır
Gün ərzində özünü olduqca yorğun hiss edən, halsız qalan və ya çəki vermək istəyən şəxslər xurmayla ehtiyacları olan enerjinin bir hissəsini təmin edirlər. Yüksək enerji məzmunu, xüsusilə çəkisini azaltmaq istəyən şəxslər və ya inkişaf etməkdə çağında olan uşaqlar üçün çox fayda verir.
İmmuniteti artırır
Xurma immunitet sistemini dəstəkləyən antioksidant təsirli selenyumdan və C vitaminlərlə zəngin qidadır. Bunun sayəsində bədəni zərərli bakteriyalardan və mikroblardan təmizləyir. Bundan başqa, tərkibindəki yüksək miqdardakı maqnezium mineralı, bədəndə yarana biləcək infeksiyaların miqdarını azaldır.
Sümükləri gücləndirir
Xurma tərkibindəki kalsium və fosfat sayəsində bədən quruluşuna və bədənin sümük quruluşunun balanslaşdırılmasına kömək edir. Həmçinin sümük əriməsi və yumşalması kimi inkişaf edəcək sümük xəstəliklərinin qarşısının alınmasında fayda verir.
Gündə 3 ədəd kifayətdir
Xurmanın tərkibində şəkərin miqdarının çox olması, kalori almağınızı artırır. Həmçinin yüksək şəkər tərkibi xüsusilə diabet xəstələrində və ya insulin müqaviməti inkişaf etmiş olan insanlarda qanda şəkərin sürətlə yüksəlib eyni sürətlə düşməsinə səbəb ola bilər. Bu səbəblə gündə 3 ədəd xurma yemək kifayətdir.